Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2021 17:58
Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbayda baş verən torpaq sürüşməsi 25 nəfərin ölümünə səbəb olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Hindustan Times" qəzeti səlahiyyətli şəxslərə istinad edərək xəbər verir.
Qeyd edək ki, ANI agentliyi əvvəlcə Çembur ərazisindəki baş verən torpaq sürüşməsi nəticəsində gecəqonduların divarlarının çökməsi nəticəsində 17 nəfərin öldüyünü bildirib. Qəzet qeyd edir ki, sürüşməyə güclü yağışlar səbəb olub.