Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2021 23:24
Praqada gənc cüdoçular arasında keçirilən Avropa kuboku uğrunda turnirdə Azərbaycan komandası 4 medal qazanıb.
Sonxeber.net xəbər verir ki, turnirin ikinci günündə daha bir cüdoçumuz medal əldə edib. Belə ki, qızlar arasında mübarizə aparan Könül Əliyeva (48 kq) yalnız finalda məğlub olaraq ikinci yeri tutub.
Qeyd edək ki, bundan əvvəl komandamızın üzvləri Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq) oğlanların yarışında gümüş medal qazanıblar. Qızlar arasında keçirilən turnirdə isə Nərmin Əmirli (+78 kq) bürünc medala layiq görülüb.
Avropa kuboku yarışında 33 ölkədən 383 idmançı mübarizə aparıb. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunub.