Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günəş şüalarının dəriyə təsiri

Günəş şüalarının dəriyə təsiri

Tarix: 20 Iyul 2021 20:57

Yaz-yay mövsümü qadınların dəri problemlərinin üzə çıxdığı və onların həmin problemlərə qarşı mübarizə apardıqları fəsildir. Həmin dövrdə üzü ultrabənövşəyi günəş şüalarından müdafiə etmək və dəriyə xüsusi qulluq göstərmək lazımdır.

Günəş şüalarının üz dərisinə faydası ilə yanaşı zərərli təsirləri də var. Ultrabənövşəyi şüalar hüceyrənin bərpası prosesini ləngidir və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-dermatoloq Solmaz Orucova günəş şüalarının faydalı və zərərli təsirləri haqqında deyib: "Günəş şüalarının təsiri altında dəridə D vitamini sintez olunur. Bu, sümüklərin və dişlərin sağlamlığı, immunitetin möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır, həmçinin erkən yaşlanmanın qarşısını alır. Digər bir müsbət təsiri qanda serotonin hormonunun artması nəticəsində xoş əhval-ruhiyyə bəxş etməsidir. Zərərli təsiri isə ondan ibarətdir ki, günəş şüaları altında dəri qalınlaşır, kobudlaşır və elastikliyini itirir, ləkələr əmələ gəlir".

Həkimlər günəşdən qoruyucu kremlərin fəsildən və dəridən asılı olaraq seçilməsini məsləhət görürlər. Həkim-dermatoloqun dediyinə görə, günəş işığı altınaçıxma saatları müəyyən olunmalıdır: "Saat 11-15 arası günəş şüaları altında qalmaq olmaz. Ağ dərisi olanlar 20 dəqiqə, tünd dərisi olanlar bundan altı dəfə çox qala bilərlər, çünki onların günəşdən qoruyuculuğu yüksəkdir. Günəş altına çıxarkən qoruyucu kremlərdən istifadə olunmalıdır".

Orqanizmdə vitamin çatışmazlığı olduqda dəri solğunlaşır və çox quruyur. Ona görə də qadınlar bəzən həmin halların qarşısının alınması üçün vitaminlərlə zəngin dərman preparatları qəbul edirlər. Bundan başqa vitaminli qidalardan da istifadə etmək məsləhət görülür.


Etiketlər:  Günəş şüalarının dəriyə təsiri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ