Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2021 02:56
Ürək-damar xəstəlikləri ölüm sayında hələ də birinci yerdədir. Ekspertlərin sözlərinə görə, gənc yaşlardan ürək sağlamlığının qeydinə qalmaq və ürək xəstəliklərinin qarşısının alınması barədə düşünməyə dəyər. Milyonlarla insanın qarşılaşdığı ən ümumi problemlərdən biri qanın qatılaşmasıdır, yəni normal laxtalanmasının pozulması. Bunun çox səbəbi ola bilər - qeyri-kafi qidalanmadan ciddi xroniki xəstəliklərə və koronavirusun diqqətə alınmayan fəsadlarınadək. Dietoloqların sözlərinə görə, pəhrizə bəzi qidalar əlavə etməklə problem aradan qalxa bilər.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, qan axınının qatılaşması çox vaxt bədənin susuz qalması ilə əlaqələndirilir.
Su
Gündəlik 2-2,5 litr su içməyə çalışın. Çox qəhvə və ya çay içirsinizsə, suyun miqdarını artırın, kofeinli içkilər bədəndə maye çatışmazlığının yaranmasına kömək edir.
Zəncəfil
Ürək-damar sağlamlığının qorunmasında ən təsirli vasitə zəncəfildir. Kökündə çox miqdarda qinqerol və doymamış yağ turşuları var. Zəncəfil damarları təmizləməyə və qan laxtalanmasına kömək etməklə yanaşı, bütün bədən üzərində kompleks gücləndirici təsir göstərir.
Pomidor
Pomidor C vitamini, salisilatlar, həmçinin güclü və təbii antioksidant likopen ilə zəngindir. Qanda qatılaşmanın və damarlarda pis xolesterin yığılmasının qarşısını alır.
Qaragilə
Giləmeyvənin tərkibi antioksidantlarla zəngindir. Bu, bədəni gücləndirir və hüceyrələri sərbəst radikal zədələrdən qoruyur. A, C vitaminləri və bitki birləşmələri qan laxtalanmasının qarşısını alır və qanı duruldur.
Yağlı balıq
Yağlı balıq ürəyin və bütün bədənin sağlamlığı üçün faydalı maddələr anbarıdır. Balığın müntəzəm istifadəsi ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, qanı duruldur, immun sistemini gücləndirir və qocalma prosesini ləngidir.