Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xoruldamağın altında ciddi xəstəlik ola bilər - ƏLAMƏTLƏRİ

Xoruldamağın altında ciddi xəstəlik ola bilər - ƏLAMƏTLƏRİ

Tarix: 21 Iyul 2021 22:45

Xoruldamağın altında ciddi səbəblər ola bilər.

Sonxeber.net xəbər verir ki, türkiyəli həkim Şenel Alkır hər kəsin bunu yaşaya biləcəyini bildirib:

"Fərqli problemlərdən qaynaqlanan xoruldamaq adətən burun, ağız və boğaza bağlı olsa da yaşam tərzi və vərdişlər də buna səbəb ola bilər.

Uzun müddət davam edən, kəsik-kəsik nəfəs alma ilə davam edən xoruldamağınız varsa, bu durum mütləq araşdırılmalıdır. Burun ucu və qırtlaq girişi arasında hər-hansı bir darlıq və ət büyüməsi, hava yolunu sıxışdıran və hava keçməsini əngəlləyən səbəblər, burunda əyrilik, burun əti, sinuzit, böyük badamcıqlar, artıq çəki, burun, boğaz və çənə şəkli ilə bağlı problemlər, kiçik dil və ya yumşaq damaq şişməsi, alkoqol, yuxu dərmanı, hamiləlik, yorğunluq, yatma pozisiyası, yüksək təzyiq, ürək xəstəlikləri, yuxu apnesi, yetərli və düzənli yata bilməmək kimi problemlər buna səbəb ola bilər. Öz xorultunuza oyanırsınızsa, yuxuda kəsik-kəsik nəfəs alırsınızsa, yuxuda nəfəsiniz kəsilirsə bunları ciddiyə almalısınız. Bunların altında çox ciddi xəstəliklər ola bilər. Səhərlər boğaz ağrısı, baş ağrısı, yorğunluq, halsızlıq, döyüntü, yuxuya getməkdə çətinlik, əsəbilik, diqqət pozuntusu və yuxuya meyillilik ciddi xəstəliklərin əlaməti ola bilər". /medicina.az


Etiketlər:  Xoruldamağın altında ciddi xəstəlik bilər ƏLAMƏTLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ