Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Məqsədli şəkildə metronu, avtobusu bağlayıb taksi şirkətlərini varlandırırlar” – Deputat etiraz etdi

“Məqsədli şəkildə metronu, avtobusu bağlayıb taksi şirkətlərini varlandırırlar” – Deputat etiraz etdi

Tarix: 22 Iyul 2021 15:24

"Həftəsonları ictimai nəqliyyatın işləməməsi məqsədyönlü şəkildə taksi şirkətlərinin marağını güdmək üçün verilib. Görünür bu qərar onlara daha çox qazanc imkanı yaratmaq üçündür. Bunun başqa adı yoxdur".

Sonxeber.net xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O, bildirib ki, bu qərarın pandemiya ilə əlaqəsi yoxdur: "Bu qərarın pandemiya ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşı bilərəkdən sıxıntıya salıb taksi şirkətlərini qazandırırlar. İnsanlar bir yerdən başqa yerə niyə ancaq taksi ilə getməlidirlər? Qadınların çoxu heç taksiyə minmək istəmir, bu mövzuda ciddi problemlər var. Bəs insanlar nə etsin, bəlkə biri xəstədir, birinin problemi var, onlar nə etməlidirlər? Onların istifadə etdiyi ancaq avtobus və metrodur. Heç qatar da yoxdur. Vətəndaşa əziyyət vermək üçün düşünülmüş qərardır və bu qərar ümumiyyətlə ləğv edilməlidir. Şənbə, bazar günləri də ictimai nəqliyyat işləməlidir".

Qeyd edək ki, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.


Etiketlər:  Məqsədli şəkildə metronu avtobusu bağlayıb taksi şirkətlərini varlandırırlar Deputat etiraz etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ