Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nədir bu ''patı''? - 3-4 ilə adamı öldürür

Nədir bu ''patı''? - 3-4 ilə adamı öldürür

Tarix: 22 Iyul 2021 18:12

Əsl adı metanfetamin olan "Patı" adlı maddəni əvvəllər qadınlara təklif edirdilər.

Sonxeber.net oxu24.com-a isitnadən xəbər verir ki, insanları özündən asılı hala salan bu maddə qadınlara arıqlamaq üçün təklif olunurdu. Həqiqətən də "arıqlatdığı" üçün insanlar onu istifadə edir, sonra da ondan asılı qalır.

Lakin o, arıqlatmır, iç orqanları məhv edir, adamları məhz bu üsulla öldürür.

Bu ad altında müştəri əldə edənlər indi onu açıq-aşkar satmaqdan çəkinmir.

Patı, şüşə tərkibli sintetik narkotikdir. O, bədəndə yaralar yaradır, ağ ciyəri deşir, insanın duruşunu dəyişir və öldürür. Ondan istifadə edənlərin isə maksimum 3-4 il ömrü olur.

Qeyd edək ki, bu maddəni ilk dəfə ikinci dünya müharibəsi zamanı Alman əsgərlərə yatmasın və aclıq hiss etməsinlər deyə məcbur qəbul etdiriblər.

Xalq arasında "Patı", "Şüşə" kimi tanınan "Metamfetamin" son dövrlər ən çox yayılan narkotik vasitələrdən biridir.

Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir.  Metafemtamini ilk dəfə 1983-cü ildə kimyaçı Naqai Naqayoşi efedrin maddəsindən sintezlədi.

Bu maddəni qəbul etdikdə bədəndə təzyiq yüksəlir, bədən istiliyi artır, göz bəbəkləri böyüyür. Beynin funksiyası pozulur və istifadəçi bir çox hallarda 2-3 gün yatmır, yeməkdən imtina edir, özünü enerjik hiss edir. Ancaq davamlı istifadə zamanı metamfetamin insanı depressiyaya salır və bu da intihara səbəb olur.


Etiketlər:  Nədir patı ilə adamı öldürür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ