Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Goranboyda yol tikintisinə üç milyon manat ayrılıb - SƏRƏNCAM

Goranboyda yol tikintisinə üç milyon manat ayrılıb - SƏRƏNCAM

Tarix: 23 Iyul 2021 14:42

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

1. On dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Milli.Az


Etiketlər:  Goranboyda yol tikintisinə üç milyon manat ayrılıb SƏRƏNCAM


RƏYLƏR