Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2021 08:30
Şirvanda bir neçə gün əvvəl yanmış halda tapılan meyitin şəxsiyyəti məlum olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Şirvan şəhərinin Heydər Əliyev prospektində yerləşən köhnə çörək zavodunun həyətində yanmış halda tapılan kişi meyiti 20 gün əvvəl itkin düşən Şirvan sakini, 1974-cü il təvəllüdlü Məmmədov Fikrət Sücəddin oğluna məxsus olduğu aşkarlanıb.
Qeyd edək ki, F.Məmmədov tüfeyli həyat tərzi keçirirmiş.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam edir.