Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2021 21:24
İranın Xuzistan vilayətindən başlayan "su qiyamı" artıq ölkənin dörd bir yanına yayılmaqdadır.
Bu gün Güney Azərbaycanın Təbriz şəhəri də etirazlara qoşulub və hazırda şəhərin küçələrində minlərlə insan mitinq keçirir.
Sonxeber.net bildirir ki, etiraz dalğasının Güney Azərbaycanın digər şəhərlərinə də yayılmasından qorxan İran hökuməti Ərdəbildə polisi hazır vəziyyətə gətirib.
Güney Azərbaycanın Təbriz şəhərində hazırda etiraz mitinqləri davam edir.
Etirazçılara havadan dronlar vasitəsilə müşahidə edilir.
Güney Azərbaycanın Təbriz şəhərində keçirilən mitinqlərdə Xuzistan ərəblərinə dəstək şüarları səsləndirilir.
Mitinq iştirakçıları "Azərbaycan, Ələhvaz- ittihad, ittihad", "Azərbaycan oyaqdı, Xuzistana dayaqdı" kimi şüarlar səsləndirirlər.