Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xırıltıyla mənə dedi ki, Seva, koronavirusa yoluxmuşam''

''Xırıltıyla mənə dedi ki, Seva, koronavirusa yoluxmuşam''

Tarix: 25 Iyul 2021 19:00

"Mənim üçün bu xəbəri eşitmək çox ağırdır. Hələ də inanmıram".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Əliqızı Xalq artisti Səməd Səmədovla bağlı paylaşımında yazıb. Sənətçi duet ortağı, ötən gün dünyasını dəyişən ifaçı haqda fikirlərini bölüşüb:

"Bir gün əvvəl telefonla danışıb səhhətini soruşdum. Xırıltıyla mənə dedi ki, Seva, koronavirusa yoluxmuşam. Dedim, özünü ələ al, sağalacaqsan. Amma inanmazdım ki, Səmədi belə tez itirərik. Məkanın cənnət olsun, Səməd. Səni unutmayacağıq".

Qeyd edək ki, S.Səmədov ötən gün yerləşdirildiyi xəstəxanada vəfat edib. 74 yaşlı sənətçi koronavirusa yoluxmuşdu.


Etiketlər:  Xırıltıyla mənə dedi Seva koronavirusa yoluxmuşam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ