Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada səyahət üçün karantin qadağaları dəyişdi

Fransada səyahət üçün karantin qadağaları dəyişdi

Tarix: 27 Iyul 2021 11:24

Fransa parlamenti bütün tibb işçiləri üçün məcburi vaksinasiya, eyni zamanda ölkə daxilində səyahət zamanı restoranlara gələn qonaqlar üçün üçün xüsusi "sanitar keçid" tələb edən qanun qəbul edib.

Sonxeber.net avtosfer.az-a istinadən bildirir ki, qanun bütün səhiyyə işçilərinin 15 sentyabr tarixinə qədər vaksinasiyaya başlamalarını tələb edir.

Bütün restoranlara, qatarlara, təyyarələrə giriş üçün də "sanitar keçid" lazımdır.

Əvvəlcə bu qayda bütün yetkinlərə, 30 sentyabrdan başlayaraq 12 yaş və daha yuxarı olan hər kəsə şamil ediləcək.

Keçidi əldə etmək üçün insanlar ya tam peyvənd olunmalarına, ya mənfi nəticəli PCR testinə sahib olmalarına və ya yaxın günlərdə COVID-19-dan sağalmalarına dair sübut təqdim etməlidirlər.

Bu qaydalar ölkədəki koronavirus vəziyyətindən asılı olaraq 15 noyabradək tətbiq oluna bilər


Etiketlər:  Fransada səyahət üçün karantin qadağaları dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ