Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2021 09:28
"Instagram" sosial şəbəkəsi istifadəçilər üçün bir sıra yeniliklər həyata keçirib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Reels" qısa videoçarxlarının müddəti 30 saniyədən 60 saniyəyədək artırılıb.
Həmçinin, "Instagram"dakı daha bir yenilik 16 yaşadək olan istifadəçilərin yeni səhifələri ilə bağlıdır. Bundan sonra həmin səhifələrin yeni açılarkən qapalı olacağı bildirilib.
Bununla yanaşı, sosial şəbəkə reklamçıların gəncləri müxtəlif reklam kampaniyalarına cəlb etmək imkanlarını məhdudlaşdıracaq, eləcə də, şübhəli hesablar üçün uşaq səhifələrinin axtarışını çətinləşdirəcək.