Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin Qarabağda heç bir muxtar statusu OLMAYACAQ

Ermənilərin Qarabağda heç bir muxtar statusu OLMAYACAQ

Tarix: 29 Iyul 2021 10:03

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Mərkəzin əməkdaşı Cavid Vəliyev ABŞ-ın nüfuzlu "National İnterest" nəşrində məqalə ilə çıxış ediblər.

Azərbaycanlı analitiklərin Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş məqaləni təqdim edirik.

Azərbaycanın Qarabağda yaşayan ermənilərə xüsusi status verməməsi üçün tarixi və hüquqi 10 SƏBƏB

1. 1988-ci ildə keçmiş DQMV-də ermənilər tərəfindən başladılan separatçı hərəkətin məqsədi əslində "miatsum", yəni Ermənistanla birləşmək idi. Bu hərəkət Ermənistan tərəfindən dəstəklənən irredentist bir siyasət idi və xalqların öz müqəddəratını təyin haqqını nəzərdə tutmurdu.

2. 1923-cü ildə Sovet hakimiyyəti tərəfindən muxtariyyət hüququ yalnız ermənilərə deyil, regionda yaşayan bütün xalqlara verilmişdi: Lakin 1988-ci il fevralın 20-də keçmiş DQMV Milli Şurasında azərbaycanlıların iştirak etmədiyi bir iclasda ermənilər regiona verilən statusu sui-istifadə edərək Azərbaycan və Sovet İttifaqı Konstitusiyasına zidd olaraq ayrılma qərarı aldılar.

3. Ermənistan SSR Parlamenti 1989-cu il dekabrın 1-də DQMV-ni özünə birləşdirmək üçün qeyri-qanuni qərar qəbul edib: "Nəticədə davam edən müzakirələrin nəticəsizliyi ermənilərin regionda yaşayan mülkü əhaliyə hücumu ilə davam etdi. Azərbaycan Parlamenti 1991-ci il noyabrın 26-da DQMV-ni ləğv etdi. Qısacası, hazırda Azərbaycan qanunlarına görə belə bir muxtar region yoxdur.

4.  Ermənilərin iddialarının əksinə olaraq Sovet İttifaqı konstitusiyasına görə, muxtar regionların öz müqəddəratını təyin hüququ yox idi və bu hüquq sadəcə 15 respublikaya verilmişdi.

5. Beynəlxalq hüquq Azərbaycanda yaşayan ermənilərə öz müqəddəratını təyin hüququ vermir. Çünki Azərbaycanda yaşayan ermənilərin "xalq" statusu yoxdur.

6. Sovet İttifaqı dövründə alınan qərarı sui-istifadə edən ermənilər regionda iki müharibənin yaşanmağına və minlərcə insanın ölümünə səbəb oldu. Onlara veriləcək hər hansı bir status regionda yeni müharibələrin yaşanmağına yol aça bilər.

7. Birinci Qarabağ Müharibəsindən sonra 1994-cü ildə tərəflər arasında atəşkəs sənədi imzalandı. Ondan sonra davam edən diplomatik müzakirələrdə Azərbaycan status təklifləri oldu, lakin Ermənistan tərəfi bunları qəbul etmədi. Nəticədə 2020-ci il müharibəsi yaşandı və geosiyasi reallıq dəyişdi. Artıq yeni bir statusdan söz gedə bilməz.

8. Son statistikaya əsasən, Qarabağda 20-25min erməni yaşayır ki, bu da Azərbaycan əhalisinin sadəcə 0,2 faizi deməkdir. Hansı ki, Azərbaycanda yaşayan digər etnik qruplar ermənilərdən daha çoxdur.

9. Dünyanın digər ərazilərində yaşayan erməni qrupları da var ki, onların heç bir siyasi statusu yoxdur.

10. Beynəlxalq hüquq  bir qrup insana öz müqəddəratını təyinetmə hüququ vermir. Bu hüququn tətbiq oluna biləcəyini müəyyən edən şərtlər var ki ermənilər buna uyğun gəlmir.  700.000 azərbaycanlının qovulması və infrastrukturun və mədəni irsin tamamilə məhv edilməsi, ermənilərin guya öz müqəddəratını təyin etmə iddiası üçün mənəvi zəmini pozur.


Etiketlər:  Ermənilərin Qarabağda heç muxtar statusu OLMAYACAQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ