Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son 6 ayda 153 mindən çox şəxsə sosial sığorta ödənişləri edilib

Son 6 ayda 153 mindən çox şəxsə sosial sığorta ödənişləri edilib

Tarix: 29 Iyul 2021 14:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ilk yarısında ümumilikdə 153 474 şəxsə sosial sığorta ödənişləri həyata keçirilib.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, onlardan 51 674-nə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 9 270-nə hamiləlik və doğuşa görə bu ödənişlər edilib. Həmçinin 33 316 şəxsə uşağın anadan olmasına görə birdəfəlik müavinət, 58 095 şəxsə 3 yaşınadək uşağa qulluqla əlaqədar aylıq sosial müavinət ödənilib. 1 119 şəxs üzrə isə dəfn xərci olaraq birdəfəlik müavinət verilib.

Qeyd olunan ödənişlər üçün ümumilikdə 42,5 milyon manata yaxın vəsait ödənilib.


Etiketlər:  ayda mindən çox şəxsə sosial sığorta ödənişləri edilib


RƏYLƏR