Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2021 06:34
İcarəyə götürülən avtomobildə quraşdırılan GPS trekinq tay boksu üzrə dünya çempionu Aşot Bolyanın qətlinin üstünü açmağa imkan verib.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, qətli törədənlər bu qurğunun varlığından xəbərsiz olublar. Müəyyən olunub ki, qətli Arşak Balaqozyan adlı ikili - Ukrayna və Rusiya vətəndaşlığına malik biri törədib. Balaqozyan istintaq zamanı biznesmen idmançının qətlinin sifarişçinin kimliyini açıqlamayıb. Bir sıra məlumatlara görə, Bolyan Yerevanda qanuni oğru Ando Xromoqunun qətlini sifariş verib.
Səbəb də odur ki, "Axsaq Ando" ləqəbli şəxs idmançıdan kazinodan uduzduğu pulu geri almaq istəyib. Balaqozyanı da elə-belə seçməyiblər. Bu şəxs Ukraynada nüfuzlu bzinesmen Qriqori Doljan-Arutunyanın dəstəsinə daxil olub. Bu qətli həyata keçirməyə isə Andranik Sirakanyan və Andrey Borisenko adlı şəxsləri daxil edib. Düz bir ay qurbanlarını izlədikdən sonra onu güllə ilə başından vurub öldürüblər. Məhkəmənin hökmü ilə Balaqozyan 10 il, Borisenko və Sirakanyan 8 il həbs cəzasına məhkum ediliblər.
Kamran Seyidov