Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan özünü satışa çıxarıb - Abdullah Ağar Milli.Az-a danışdı

Ermənistan özünü satışa çıxarıb - Abdullah Ağar Milli.Az-a danışdı

Tarix: 31 Iyul 2021 11:36

"Ermənistan ilə Azərbaycan arasındakı sərhəddəki son insidentlərin arxasında böyük güclər var. Amma bu təxribatları istəyən əsas tərəf elə Ermənistandır".

Bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Türk ekspert bildirib ki, Ermənistan böyük dövlətlərin köləsidir:

"Ermənistan forpost dövlət olduğunu təsdiq edir. Başqa böyük dövlətlərin mənfəətinə uyğun olaraq gərginlik, qeyri-sabitlik yaratmaqda maraqlıdırlar. Bu yolla Azərbaycanı təzyiq altında saxlayaraq təhrik edir, təxribat törədir. Ermənistanın məğlub olduğu bir müharibə var və bu müharibəyə uyğun Rusiyanın təsiri ilə müəyyən yolla hələ əlində saxlamağa çalışdığı Qarabağ torpaqları var. Buradakı vəziyyəti xeyirlərini həll etmək niyyətindədirlər. Amma xeyr, Qarabağ Azərbaycandır!

Sadəcə Qarabağ Azərbaycan deyil, Zəngəzur da Azərbaycandır. Bu yerlərin kimin torpağı olduğunu hər kəs çox yaxşı bilir. Bununla bağlı yeni bir oyunun içərisində böyüməkdə olan Azərbaycanın ortaya qoyacağı reaksiyanı görür, bilir və bu məqamda dünya güclərindən, region güclərindən dəstək alıb vaxtı manipulyasiya etmək məqsədindədir. Yəni Rusiya, Fransa, Amerika, İrandan bu məqsədlə istifadə etmək niyyətindədir, belə görünür. Təbii ki, bu yolla özünü xərcləməyə meyilli olan bir ölkədən də istifadə edərlər. Fahişəlik edən bir ölkə varsa, fahişənin haqqını onu istəyənlər istifadə edərlər. Yəni Ermənistanın indi etdiyi siyasi fahişəlikdi. 

Bu regionun ən böyük problemi şərəfsizliklə məşğul olan Ermənistandır".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistan özünü satışa çıxarıb Abdullah Ağar MilliAz a danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ