Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 16:28
Azərbaycan çempionu "Neftçi"nin Konfrans Liqasındakı mümkün rəqibi bəlli olub.
Milli.az apasport.az-a istinadən xəbər verir ki, Bakı klubu Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırsa, daha aşağı statuslu turnirdə mübarizə aparacaq.
Finlandiya HİK-i ilə görüşəcək paytaxt təmsilçisi üçüncü dərəcəli qitə turnirindəki potensial rəqibi bugünkü püşkatmada dəqiqləşib. "Neftçi" - HİK cütündə uduzan komanda Konfrans Liqasının III təsnifat mərhələsində "Makkabi" (Hayfa, İsrail) - HB (Farer adaları) oyunlarının qalibi ilə görüşəcək. Azərbaycan və ya Finlandiya çempionu pley-offun ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin görüşləri avqustun 19-da və 26-da baş tutacaq.