Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2021 12:28
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi bu gün ilk medalını qazana bilər.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov bürünc mükafat uğrunda mübarizəni davam etdirir.
Yunan-Roma güləşi
3 avqust
77 kq
Bir gün əvvəl 1/4 finalda məğlub olmasına baxmayaraq, rəqibi finala qədər irəliləyən Rafiq Hüseynov bu gün təsəlliverici görüşə çıxıb. İkiqat Avropa çempionu tunisli Lamyed Maafi ilə üz-üzə gəlib. Qarşılaşma Hüseynovun tam üstünlüyü ilə (11:1) yekunlaşıb.
33 yaşlı idmançımız bürünc medal uğrunda ermənistanlı Karapet Çalyanla görüşəcək. Medal mübarizəsi Bakı vaxtı ilə 14:30-da start götürəcək.
Qeyd edək ki, güləşçilərimizdən İslam Abbasov (87 kq) və Elis Manolova (68 kq) Olimpiadanı medalsız tərk edib.