Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda qalmaqal - yeni spiker fahişəliyin leqallaşdırılmasını dəstəkləyib

Ermənistanda qalmaqal - yeni spiker fahişəliyin leqallaşdırılmasını dəstəkləyib

Tarix: 3 Avqust 2021 15:24

Ermənistan parlamenti dünənki iclasında yeni spikeri təsdiq etdi.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, "Vətəndaş müqaviləsi" partiyasının üzvü Alen Simonyan səs çoxluğu ilə bu postu tutdu.

Yerli mətbuat yeni spikerlə bağlı maraqlı məlumat dərc edib. Məlum olub ki, hələ 2017-c ildə Simonyan sıravi partiya üzvü kimi 8 tələb irəli sürüb.

Həmin tələblər sırasında marixuananın leqallaşdırılması, fahişəliyin leqallaşdırılması, pornoqrafik materialların istehsalı və yayılması, eynicinsli nikahların rəsmiləşməsi, Ermənistanla ABŞ və Avropa ölkələri arasında viza rejiminin ləğv olunması, yol polisinin ləğvi, Ermənistan, Gürcüstan və Azərbaycan arasında vahid beynəlxalq strukturun yaradılması və orduya məcburi çağırışın ləğvi yer alıb.

Milli.Az


Etiketlər:  Ermənistanda qalmaqal yeni spiker fahişəliyin leqallaşdırılmasını dəstəkləyib


RƏYLƏR