Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sürücünün köməkçisindən sərnişinə əxlaqsızlıq - Avtobusda biabırçılıq

Sürücünün köməkçisindən sərnişinə əxlaqsızlıq - Avtobusda biabırçılıq

Tarix: 4 Avqust 2021 13:20

Muğladan Zonquldağa gələn sərnişin avtobusunda iyrənc olay baş verib.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, 24 yaşlı qadın Balıkesir ətrafında yatarkən qəfil saçlarında islaqlıq hiss edib. Cinsi təcavüzə uğradığını düşünən gənc qadın avtobusdan düşən kimi polisə şikayət edib. B.K. adlı şəxs ifadəsində gənc qadına cinsi təcavüz etdiyini etiraf edib. Onun daha əvvəl cinsi cinayətlərlə əlaqədar məhkumluğunun olduğu da bəlli olub. Prokurorluq tərəfindən aparılan araşdırma çərçivəsində B.K.dan DNT nümunəsi alınaraq müayinə üçün Ədli Tibbi İnstituta göndərilib.

Polis bölməsində araşdırmalardan sonra şəxs həbs edilib.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Sürücünün köməkçisindən sərnişinə əxlaqsızlıq Avtobusda biabırçılıq


RƏYLƏR