Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 16:26
Bu günə qədər görülən tədbirlər nəticəsində artıq 72 marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə, "BakıKart"a inteqrasiya edilib.
Bu barədə Bakı Şəhər Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, qalan 92 marşrut xəttinin də inteqrasiyası üçün iş aparılır.
Marşrut şəbəkəsinin təxminən 43%-ə qədəri artıq nağdsız sistemə keçirilib.