Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda tanınmış jurnalist vəfat edib - FOTO

Azərbaycanda tanınmış jurnalist  vəfat edib - FOTO

Tarix: 7 Avqust 2021 23:52

Salyanda jurnalist vəfat edib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, tanınmış publisist-jurnalist Fərzəliyev Fəxrəddin Becan oğlu bu gün axşam saatlarında 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, əslən Qərbi Azərbaycandan olan Fəxrəddin Fərzəliyev 1951-ci ildə Salyan rayonunun Xalac kəndində doğulub. O, əvvəlcə BDU-nun kimya, sonra isə jurnalistika fakültəsini bitirib. 1975-ci ildən Salyanda çıxan "Qələbə" qəzetinin şöbə müdiri, uzun illər isə redaktor müavini işləyib.

F.Fərzəliyev təqaüdə çıxmasına baxmayaraq, "Aysberq" müstəqil qəzetini çıxarırdı. O, 6 kitabın müəllifi, 50-dən çox kitabın redaktoru olub.

Allah rəhmət eləsin!


Etiketlər:  Azərbaycanda tanınmış jurnalist vəfat edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ