Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aparıcı səhhətində problem yarandı - Təcili əməliyyata girdi - FOTO

Aparıcı səhhətində problem yarandı - Təcili əməliyyata girdi - FOTO

Tarix: 10 Avqust 2021 11:55

Aparıcı Seren Serengil yenə əməliyyata olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun sevgilisi Mustafa Tohma sosial şəbəkədə məlumat verib. O, aparıcının ciddi sağlamlıq problemləri ilə mübarizə apardığını və ötən gün öd kisəsindən əməliyyat olunduğunu bildirib: 

"Ağrısı çox idi. Böyrək və öd kisəsi işləməyəcək hala gəlmişdi. Aparılan müayinələr bağırsağının lazım olduğundan daha qısa olduğu üçün dumping sindromu (mədə boşalması) qoyuldu. Əməliyyatdan əvvəl bədən müqavimətinin və immun sisteminin gücləndirilməli olduğu söylənildi. Bu ayın sonunda öd kisən ilə birlikdə bağırsaq əməliyyatı olacaqdı. Bədəni bunu eyni anda qaldıra bilmədiyi üçün ilk öd kisəsi çıxarıldı. İkinci cərrahi müdaxilə bədəni bir az daha yaxşılaşdığı və qan dəyərləri bərpa olunduğu zaman ediləcək. Hazırda yaxşıdır... Sevdiklərinin duaları ilə daha da yaxşı olacaq".

Qeyd edək ki, Seren Serengil artıq çəkilərindən xilas olmaq üçün aylar öncə əməliyyat olunub. Bundan sonra sürətlə çəki itirən aparıcının sağlamlığında müxtəlif problemlər yaranıb.

Milli.Az


Etiketlər:  Aparıcı səhhətində problem yarandı Təcili əməliyyata girdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ