Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müəllimlərin bu fənlər üzrə vakansiya seçimi başlayır

Müəllimlərin bu fənlər üzrə vakansiya seçimi başlayır

Tarix: 10 Avqust 2021 13:34

10 avqust saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Milli.Az


Etiketlər:  Müəllimlərin bu fənlər üzrə vakansiya seçimi başlayır


RƏYLƏR