Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daş karxanalarının vurduğu ziyan - VİDEO

Daş karxanalarının vurduğu ziyan - VİDEO

Tarix: 10 Avqust 2021 14:34

Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsindəki bu mənzərə qorxunc olsa da reallıqdı.

Bu mənzərəni yaradan daş karxanalarnın isə çaylara vurduğu ziyan təkcə Vəlvələçayla bitmir. Oxşar mənzərəyə Qaraçay, Qudiyalçay və Qusarçayda da rast gəlmək mümkündür.

Elə o gündən başlayaraq bağ və əkin sahələri də su üzünə həsrət qalıb. Fermerlər bildirir ki, çay yatağı dərinə düşdüyündən sahələri suvarma suyu ilə təmin etmək çətinləşib. Nəticədə vaxtında suvarılmayan bağlar quruyaraq məhv olur.

Təəssüf ki, daşdan pul çıxaran bu sahibkarlıq subyektlərinin qazanc naminə vurduğu ziyan təkcə ekologiya və kənd təsərüfatı sektoru ilə bitmir. Aparılan qazıntılar nəticəsində strateji əhəmiyyətə malik dövlət əmlakları da sıradan çıxır.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, artıq problemdən təkcə fermerlər şikayətçi deyil, dövlət qurumları da həyacan təbili çalır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Mineral Xammal Ehtiyatlarindan İstifadə Agentliyindən də bildirildi ki, bir müddət əvvəl Qubada aparılan monitirinq zamanı qanun pozuntuları aşkar edilib. Bununla bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq bəzi karxana sahibləri qanunlara tabe olmaqdan boyun qaçırır.

Hər halda ümid edirik çəkilişmizdən sonra qayda pozan karaxana sahibləri barədə daha sərt tərbir görüləcək. Çünki bir və ya bir neçə sahibkarın qazanc əldə etməsi naminə sadə kənd əməkçilərinə və ən əsası isə dövlətə minlərlə manat ziyanın dəyməsi heç də ədalətli deyil.

Milli.Az


Etiketlər:  Daş karxanalarının vurduğu ziyan VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ