Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü külək nəticəsində 8 yerdə ağaclar yola aşıb, hərəkət çətinləşib

Güclü külək nəticəsində 8 yerdə ağaclar yola aşıb, hərəkət çətinləşib

Tarix: 11 Avqust 2021 10:40

Bu gün səhər saatlarında şımal-qərb bölgəsində güclü küləyin əsməsi nəticəsində respublika əhəmiyyətli İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonun ərazisindən keçən 106-111-ci km-lik hissəsində 7 nöqtədə, Kərimli avtomobil yolunda isə 1 nöqtədə ağacların və iri budaqların yolun hərəkət hissəsinə qırılaraq aşması avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Bu barədə Sonxeber.net-a AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi alətlərlə təchiz olunmuş əməkdaşları cəlb olunub. Qısa müddət ərzində sözügedən avtomobil yollarının hərəkət hissəsi qırılmış ağac və budaqlardan təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.


Etiketlər:  Güclü külək nəticəsində yerdə ağaclar yola aşıb hərəkət çətinləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ