Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Metro, restoranlar, ticarət mərkəzləri yenidən bağlana bilər''

''Metro, restoranlar, ticarət mərkəzləri yenidən bağlana bilər''

Tarix: 11 Avqust 2021 16:58

"Yoluxanların artmasının əsas səbəbi yumşalmaların hesabınadır".

Bunu Sonxeber.net-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.

O bildirib ki, mütləq qoruyucu maskalardan istifadə olunmalıdır, sosial məsafə gözlənilməlidir:

"Son zamanlar toyların həddindən çox olması, insanların dəniz kənarında, ictimai iaşə müəssisələrində bir yerdə toplaşması hava damcı yolları infeksiyasının yoluxma imkanını asanlaşdırır. Onun hesabına da xəstəlik daha çox artır. Əgər ümumi yoluxma, həm də ağır formada xəstəliyi keçirənlərin sayı artarsa, məcbur qapanmalara gediləcək. Amma yoluxma sayı nisbətən zəifləsə, eləcə də insanların vaksinasiyaya cəlb olunmasında ciddi bir artım müşahidə olunarsa, düşünürəm ki, ciddi bir qapanmadan söhbət getməyəcək. Qapanma olarsa, yenə də insanların çox toplaşdığı sahələrdə onların sayını azaltmaq məqsədi ilə xəstəliyin yayılma mexanizminin qarşısını almaq olar. Harada daha çox insan varsa, - metroların bağlanması, ictimai iaşə müəssisələrinin bağlanması nəzərdə tutula bilər. 

Metro insanların ən çox kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğuna görə və orada insan tutumu daha çox olduğuna görə ehtimal olunur ki, xəstəliyin yayılma ehtimalı metroda daha çoxdur. Yenə də insanlara müraciət edərək deyirik ki, hər ehtimala qarşı, hələlik xəstəlik aramızdadır. Ona görə də qoruyucu maskalardan istifadə olunmalıdır, sosial məsafə gözlənilməlidir. Bu qaydalar əgər gözlənilərsə, yoluxma belə artmaz. Amma bütün dünyada vəziyyət eynidir. Elə düşünürəm ki, yaxın bir müddətdə vaksinasiya olunmuş insanlar hesabına və eləcə də xəstələnənlər hesabına, - onlarda da anti-cisimlər yarandığına görə yoluxanların sayı müəyyən müddətdən sonra azalacaq".

Təhməz Əsədov


Etiketlər:  Metro restoranlar ticarət mərkəzləri yenidən bağlana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ