Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə meşə yanğınları nəticəsində ölənlərin sayı 65-ə çatıb

Bu ölkədə meşə yanğınları nəticəsində ölənlərin sayı 65-ə çatıb

Tarix: 11 Avqust 2021 17:32

Əlcəzairdəki meşə yanğınları nəticəsində ölənlərin sayı 65-ə yüksəlib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Əlcəzair mənbələrinə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, yanğın 37 mülki vətəndaşın, həmçinin yanğının söndürülməsi və axtarış-xilasetmə işlərinin aparılması ilə məşğul olan Əlcəzair ordusunun 28 əsgərin həyatına son qoyub.

Çərşənbə axşamı günü "Afrigatenews" xəbər portalı 25 hərbçinin öldüyünü bildirmişdi.

Əlcəzairin Milli Televiziya Xidmətinin çərşənbə axşamı verdiyi məlumata görə, bir anda ölkənin bir neçə əyalətində (Cicel, Sətif, Becaya, Annaba, Tebessa, Blida, Buira, Bumerdes, Helma və Henşela) meşə yanğınları davam edir. Yanğın ocaqlarının meydana gəlməsinin səbəbi istilər olsa da, bəzi yanğınların süni mənşəli ola biləcəyi istisna edilmir. Yanğının söndürülməsinə Əlcəzair ordusu kömək edir.


Etiketlər:  ölkədə meşə yanğınları nəticəsində ölənlərin sayı çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ