Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 11:50
Gəncə Mənzil Kommunal Təsərüfat İstehsalat Birliyininn İxtisaslaşmış Avtomobil Parkının ətrafında antisanitar vəziyyət hökm sürür.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, ərazidə üfunət dözülməz həddə çatıb.
Hər axşam bu parka gələn idarənin 100-dən çox avtomobili həm daşınmış məişət tullantılarının qalıqları, həm maşınların yuyulması nəticəsində yaranan çirkli suyun əraziyə atılması səbəbindən ətrafda yaşayanların rahatlığına qənim olub.
Sakinlər iddia edirlər ki, milçək dişləməsi artıq onların sağlamlığı üçün də ciddi təhlükəyə çevrilməyə başlayıb.Yaranmış vəziyyətlə bağlı sakinlər bütün əlaqədar qurumlara müraciət ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliynin 10 saylı Regional İdarəsi sakinlərin müraciəti əsasında yaranmış vəziyyətlə yerində tanış olub, akt tərtib edib və çirkab sularının əraziyə axıdılmasının qarşısının alınması üçün Gəncə Mənzil Kommunal Təsərüfat İstehsalat Birliyinə göstəriş verib.
İdarə rəsmisinin sözlərinə görə, tullantı sularının şəhər kanalizasiya sisteminə axıdılması üçün xətt çəkiləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: