Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir dünya ulduzu Super Liqada - Baş məşqçi açıqladı

Daha bir dünya ulduzu Super Liqada -  Baş məşqçi açıqladı

Tarix: 14 Avqust 2021 12:56

"Beşiktaş" heyətini daha bir ulduz futbolçu ilə gücləndirir.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, hücum xəttinə braziliyalı Aleks Teyşxeyranı transfer edən İstanbul klubu müdafiəyə onun həmyerlisi David Luizi gətirir.

Məşhur "Record" qəzeti "Beşiktaş"ın ulduz futbolçu ilə anlaşmaq üzrə olduğunu yazıb. Nəşr iddia edib ki, türk klubu futbolçuya illik 2,5 milyon avro təklif edib, braziliyalı 3,5 milyon istəyir. Tərəflərin maaş məsələsində anlaşmaq üzrə olduğu bildirilir.

Braziliyalı "Benfika"nın gündəmində olsa da, bu kluba keçməyəcək. Bu barədə Portuqaliya klubunun baş məşqçisi Xorxe Xesus açıqlama verib: "David Luiz "Benfika"ya dönməyəcək. Hələ bura dönməsi üçün doğru zaman deyil. Artıq "Befika"da oynaya biləcəyini düşünmürəm. Mən və azarkeşlərimiz onu çox sevirik. Əgər vəziyyət dəyişməyibsə, Türkiyəyə gedəcəyini bidirəm".

Qeyd edək ki, son olaraq İngiltərə "Arsenal"ında çıxış edən David Luiz əvvəllər Braziliyanın "Vitoriya", Portuqaliyanın "Benfika", İngidtərənin "Çelsi" və Fransanın PSJ klublarının formasını geyinib, Braziliya millisində keçirdiyi 57 oyunda 3 qol vurub. Onun transferinə ümumilikdə 118,7 milyon avro xərclənib.

Milli.Az


Etiketlər:  Daha bir dünya ulduzu Super Liqada Baş məşqçi açıqladı


RƏYLƏR