Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhrəman şəhidimiz Muraz Məhərli şərəfli döyüş yolu keçib - VİDEO

Qəhrəman şəhidimiz Muraz Məhərli şərəfli döyüş yolu keçib - VİDEO

Tarix: 14 Avqust 2021 13:36

Hələ uşaq yaşlarından Milli Qəhrəman olan dayısı Fariz Mədətova baxıb, o da hərbçi olmağı arzulayırdı.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki,Muraz Məhərli 1993-cü ilin 21 dekabrında Yevlaxın Salahlı kəndində dünyaya göz açıb. 

Hərbi xidməti başa vurduqdan sonra, 2016-cı ildən MAXE olaraq ordu sırlarında xidmətə başlayıb. Muraz Vətən müharibəsinin ilk günlərindən yüksək əhval- ruhiyyədə döyüşlərə qatılıb. Tərtər-Suqovuşan istiqamətində hərbçi yoldaşları ilə bərabər düşmənə sarsıdıcı zərbələr endirərək onların xeyli canlı qüvvəsini və texnikasını məhv edərək iki postu azad edib.

Muraz hər zaman dostları, yaxınları ilə söhbət zamanı torpaqlarımızı düşməndən azad edəcəklərinə söz verirdi. Şuşaya qədər irəlləyib, qələbə xəbərini çatdırmaq arzusunun olduğunu bildirirdi.

Şəhidlik zirvəsinə yüksələn Muraz Məhərli ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 


Etiketlər:  Qəhrəman şəhidimiz Muraz Məhərli şərəfli döyüş yolu keçib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ