Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 16:16
Avtomobil kolleksiyası bol olan Kriştiano Ronaldo həm də təyyarə sahibidir.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalı hücumçunun şəxsi təyyarəsinin bir sıra özəllikləri var. Ronaldonun 2015-ci ildə 25 milyon dollara aldığı "Gulfstream G200" adlı hava nəqliyyatı ikiqat mühərrikə sahibdir.
Təyyarənin daxilində bir yataq mövcuddur. Kriştianonun təyyarəsi 560 mil/saat sürətlə hərəkət edir. Bu o deməkdir ki, futbolçu Turin şəhərindən sahibi olduğu Portuqaliyanın Madeyra adasına çatmaq üçün cəmi 25 dəqiqəsini sərf edir.
Minik vasitəsinin göyərtəsində eyni anda 8-10 nəfərin səyahət etməsi mümkündür. "Gulfstream G200" 3,910 mil məsafəyə rahat uçuş həyata keçirmək imkanına malikdir.