Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 22:44
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra mətbuat konfransı keçirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, ilk matçların hər zaman həyəcanlı keçdiyini deyib: "Maraqlı oyun alındı. "Sabah"la səfər matçının ağır olacağını bilirdik. Heyətimizə yeni oyunçular cəlb etmişik. Hələ tam komplektləşməmişik. Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Bu oyunu unudub, növbəti matça köklənməliyik".
A.Hacıyev qələbəyə görə mükafat olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Rəhbərlik bu qələbəmizin qiymətləndiriləcəyinə söz verib. Böyük məbləğ olmasa da, mükafat olacaq".