Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var -  SİYAHI

Tarix: 16 Avqust 2021 09:44

Səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:

Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsi istiqamətindən başlayaraq, Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi adlanan istiqamətdə) sıxlıqdır.

Binəqədi şosesi - (Əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).

Ziya Bünyadov prospekti - Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə, nəqliyyat vasitələrinin çoxluğudur).

Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə istiqamətindən, Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıqdır.


Etiketlər:  Sürücülərin NƏZƏRİNƏ Bəzi küçə prospektlərdə tıxac SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ