Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 20:54
Əfqanıstanı ələ keçirmiş "Taliban" qruplaşmasının Türkiyə ilə bağlı bəyanatına qardaş ölkənin cavabı gecikməyib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Taliban"ın Türkiyə barədə mesajlarını müsbət qarşıladıqlarını deyib. O bildirib ki, Türkiyə Əfqanıstanda bütün tərəflərlə dialoqu davam etdirir. "Ankara Əfqanıstanda sabitliyin bərpa olunması üçün ən çox dəstək verən ölkələrdən biridir" - deyə diplomat bildirib. Qeyd edək ki, "Taliban" açıqlamasında Türkiyəni "qardaş ölkə" adladırıb.