Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 23:12
"Taliban"ın Kabilə daxil olmasından sonra Türkiyə və Ukraynanın 11 nəfəri paytaxtdan təxliyə etdiyi məlum olub.
Sonxeber.net kanal.az-a istinadən bildirir ki, onların arasında tanınmış əfqan kinorejissor Sahra Kərimi də olub. Sosial media vasitəsilə mesaj yayımlayan 35 yaşlı sənətçi, Türkiyə və Ukraynaya təşəkkür edib.
Qeyd edək ki, taliblər paytaxtda daxil olandan sonra sənətçi müraciət edərək "Taliban bizi mühasirəyə aldı. Bizi öldürməyə gəlirlər" deyib.
Bundan əvvəl taliblər sənətçinin ünvanına təhdidlər səsləndirmişdi.