Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqasında sensasiya

Çempionlar Liqasında sensasiya

Tarix: 18 Avqust 2021 07:44

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Fransanın "Monako" komandası doğma meydanda Donetsk "Şaxtyor"unu qəbul edib və minimal hesabla uduzub.

3-cü mərhələdə Serbiyanın "Srvena Zvezda" komandasını mübarizədən kənarlaşdıraraq, sürprizə imza atan "Şerif" (Moldova) bu mərhələdə Zaqreb "Dinamo"su ilə üz-üzə gəlib. Tiraspol təmsilçisi bu oyunda sensasiyalı şəkildə darmadağına imza atmaqla diqqət mərkəzinə düşüb.

Avstriyanın "Zalsburq" komandasının rəqibi isə Danimarka "Brondbü"sü olub. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Pley-off mərhələsinin digər oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
17 avqust

Monako (Fransa) - Şaxtyor (Donetsk, Ukrayna) 0:1

Şerif (Moldova) - Dinamo (Zaqreb, Xorvatiya) 3:0

Zalsburq (Avstriya) - Brondbü (Danimarka) 2:1

18 avqust

23:00. Benfika (Portuqaliya) - PSV (Niderland)
23:00. Malmö (İsveç) - Ludoqorets (Bolqarıstan)
23:00. Yanq Boyz (İsveçrə) - Ferentsvaroş (Macarıstan)

Milli.Az


Etiketlər:  Çempionlar Liqasında sensasiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ