Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 16:54
ABŞ-ın gedişindən sonra Əfqanıstandan Liviyaya qədər olan ərazidə yeni geosiyasi güc Türkiyə, Rusiya və Çin sayılır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu italiyalı ekspert, Əfqanıstan hökumətinin keçmiş müşaviri Qabriyel Maniçça deyib. Onun sözlərinə görə, Kabilin taliblər tərəfindən ələ keçirilməsindən sonra ABŞ regiondakı son müttəfiqlərini də itirib:
"Böyük ehtimalla, taliblər iki istiqamətdə hərəkət edəcəklər. Bir tərəf dialoq aparacaq, digər tərəf keçmiş rejimlə kompromisləri məhv edəcək, qadınları qapalı yerdə saxlayacaq, ərazisində terror aparacaq. Hazırda əsas məsələ odur ki, taliblər Səudiyyə Ərəbistanı olmadan ölkəni idarə biləcəklərmi? ABŞ-ın Əfqanıstandan gedişindən sonra dünyanın bu hissəsində yeni geosiyasi kombinasiya formalaşacaq və yeni simalarla yeni ssenari işə salınacaq".