Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 22:36
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş liderlərinin dəqiq kimlər olduğu müəyyənləşəcəyi təqdirdə, "Taliban"la danışmağa hazır olduğunu bildirib.
Sonxeber.net modern.az-a istinadən bildirir ki, bu barədə Quterreş BMT-nin mənzil qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ-ın paytaxt Kabildəki hava limanından tamamilə çəkilməsindən sonra BMT-nin aeroportu idarə edə biləcəyinə dair suala cavab olaraq Quterreş bildirib ki, BMT-nin indiki şəraitdə hava limanını istismar etməsi real deyil
BMT rəhbəri Əfqanıstanda bütün etnik qrupları təmsil edən hökumət qurulmasını və insan hüquqlarına hörmət edilməsini istəyib.