Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sabah”la belə vidalaşdı - Şəkillər

“Sabah”la belə vidalaşdı - Şəkillər

Tarix: 15 Avqust 2019 15:04

“Sabah” Marko Deviçlə yollarını ayırmasına dair açıqlama yayıb.

Qol.az xəbər verir ki, klubun rəsmi saytı vasitə ilə yayılan açıqlamada bildirilir ki, Marko klub rəhbərliyinə müraciət edərək, ailə vəziyyəti ilə bağlı “Sabah”dan ayrılmaq, bununla bağlı Belqradda, ailəsinin yanında qalmaq istədiyini bildirib. “Sabah” FK klubda çıxış etdiyi müddət ərzində istər yaşıl meydanda, istərsə də ondan kənarda nümunəvi davranışı ilə diqqət çəkən futbolçunun bu istəyinə müsbət cavab verib. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Marko məşqimizə gələrək, futbolçularla, məşqçi və texniki heyətlə sağollaşıb, komandamıza yeni mövsümdə uğurlar arzulayıb” – deyə məlumatda bildirilib.

Deviç “Sabah”ın Premyer Liqada ilk qolunun müəllifidir. O, 2018/19 mövsümündə komandanın bombardiri olub (21 oyun, 8 qol).

“Sabah” Deviçə kluba verdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.














Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Sabahla belə vidalaşdı Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ