Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVID-19-a yoluxmada qadınların üstünlük təşkil etməsinin səbəbi nədir? - VİDEO

COVID-19-a yoluxmada qadınların üstünlük təşkil etməsinin səbəbi nədir? - VİDEO

Tarix: 20 Avqust 2021 14:26

Ölkə üzrə COVID-19-a ümumi yoluxma statistikası açıqlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, statistikadan məlum olub ki, Azərbaycanda koronavirusa yoluxanların 53 faizi qadın, 47 faizi isə kişilərdir.

Yoluxma hallarının 22 %-i 30-39 yaş qruplarından olan şəxslərdə qeydə alınıb.

Həkim-infeksionist Fərruz Sədirov yoluxma sayında qadınların çoxluq təşkil etməsini vaksinasiya ilə əlaqələndirib.

Bildirib ki, bu gün göstəricilərdə qadınların üstünlük təşkil etməsinin tək səbəbi vaksinasiya olmamalarıdır. Onların əksər hissəsini hamilə qadınlar təşkil edir. Çünki onların vaksinasiyasına icazə verilmir.

Həkim-infeksionist təəssüflə qeyd edib ki, COVID-19-la mübarizədə mexaniki qorunma vasitələrindən başqa heç bir qorunma vasitəsi yoxdur. Ona görə də hamilə qadınlar və  riskli qruplara aid olanlar profilaktik tədbirlər görməlidir. 

Qeyd edək ki, son nəticələrə əsasən, ən yüksək yoluxma 54.8 faizlə paytaxt Bakının payına düşür. Abşeronda yoluxma 13, Aranda 11.7, Gəncə-Qazaxda 6.9 faiz təşkil edir. Bakinin rayonları üzrə koronavirusa ən yüksək yoluxma faizi Binəqədinin payına düşür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az


Etiketlər:  COVID 19 a yoluxmada qadınların üstünlük təşkil etməsinin səbəbi nədir VİDEO


RƏYLƏR