Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir yeniyetmə karateçimiz Avropa çempionatında finala yüksəlib

Daha bir yeniyetmə karateçimiz Avropa çempionatında finala yüksəlib

Tarix: 20 Avqust 2021 22:22

Avqustun 20-də Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin karate üzrə 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı davam edir.

Milli.Az bildirir ki, yarışın birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələr arasında 70 kiloqramdan yuxarı çəki dərəcəsində Nihad Kərimzadə Jakob Zumer (Slovakiya) 6:1, Antoni Stepnievskiyə (Polşa) 1:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda italiyalı Fernando Marinonu 2:0 hesabı ilə üstələyən karateçimiz finala adlayıb. Finalda onun rəqibi makedoniyalı Andrey Basarov olacaq.

Qeyd edək ki, bundan əvvəl daha bir karateçimiz - 63 kiloqram çəki dərəcəsində çıxış edən Rəşid Süleymanov finala yüksəlib. Həlledici mərhələdə o, Artem Şaruba (Belarusiya) ilə mübarizə aparacaq.

Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medal qazanıb.

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Ümumilikdə isə Avropa çempionatında 45 ölkədən 1008 idmançı iştirak edir.

Milli.Az


Etiketlər:  Daha bir yeniyetmə karateçimiz Avropa çempionatında finala yüksəlib


RƏYLƏR