Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boris Conson: “Lazım gələrsə, “Taliban”la işləməyə hazırıq”

Boris Conson: “Lazım gələrsə, “Taliban”la işləməyə hazırıq”

Tarix: 20 Avqust 2021 23:56

Britaniyanın Baş naziri Boris Conson Əfqanıstan böhranının diplomatik və siyasi həlli yolunda "Taliban" hərəkatının nümayəndələri ilə işləməyə hazır olduğunu zəmanət verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Conson bu barədə "Cobra" fövqəladə komitəsinin iclasından sonra "Sky News"a açıqlamasında bildirib.

"İnsanları əmin etmək istəyirəm ki, Əfqanıstandakı vəziyyətə siyasi və diplomatik həll yolları axtarmağa davam edəcəyik və əlbəttə ki, zərurət yarandıqda "Taliban"la işləyəcəyik", deyə Conson vurğulayıb.

Baş nazir əlavə edib ki, Əfqanıstanda vəziyyət bir qədər yaxşılaşıb: "Vəziyyət bir az da yaxşılaşır və Kabil hava limanında sabitlik görürük".


Etiketlər:  Boris Conson Lazım gələrsə Talibanla işləməyə hazırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ