Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 14:22
Beyləqanda yaşadığı ünvanı tərk edən "COVID-19" xəstəsi müəyyən edilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlərlə koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayonun Bahar qəsəbəsi sakini Nizami İmanovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılması təmin edilib.
Faktla əlaqədar Beyləqan RPŞ-də araşdırmalar aparılır.