Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın voleybol millisi Serbiyaya uduzub

Azərbaycanın voleybol millisi Serbiyaya uduzub

Tarix: 24 Avqust 2021 23:48

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.

Milli.Az "Report"a istinadən bildirir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı dördüncü sınağında Serbiya yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa çempionatı

A qrupu

22:00. Azərbaycan - Serbiya - 0:3 (17:25, 20:25, 19:25)

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk üç oyununda Belçika, Bosniya və Herseqovina və Rusiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma sonuncu - 6-cı pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Azərbaycanın voleybol millisi Serbiyaya uduzub


RƏYLƏR