Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 21:46
Gürcüstanda daha bir səhra hospitalının açılması nəzərdə tutulub. Hazırda paytaxt Tbilisidə iki, Kaxeti regionunda isə bir səhra hospitalı fəaliyyət göstərir. Paytaxtın Kavtaradze küçəsində açılan səhra hospitalına 59 xəstə yerləşdirilib. Burada 200-ə yaxın xəstənin müalicəsi mümkündür. Lakin, vəziyyət belə davam edərsə paytaxt Tbilisidə daha bir hospital açılacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterine Tikaradze məlumat verib.
Onun sözlərinə görə, hazırda paytaxtla yanaşı Kaxeti regionunda da səhra hospitalı fəaliyyət göstərir.
"Ölkədə koronavirusla əlaqədar vəziyyət tam nəzarət altındadır. Hökumət pandemiyanın qarşısının alınması üçün bütün mümkün vasitələrdən istifadə edir", - deyə Tikaradze vurğulayıb.