Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 12:18
Meksikanın Hərbi-Dəniz Qüvvələrinə məxsus "Mi-17" helikopteri Meksikanın İdalqo ştatında havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, helikopterin göyərtəsində Verakrus ştatının daxili işlər naziri olub, hadisənin baş verməsi anının videogörüntüləri də sosial şəbəkələrdə yayılıb.
"Grace" qasırğası nəticəsində ziyan görmüş bölgələri araşdırdığımız Hərbi-Dəniz Qüvvələrinin helikopterinin qəzaya uğramasından sonra göstərdiyiniz dəstəyinizə görə təşəkkür edirik. Xoşbəxtlikdən heç bir itki olmadı. Bir az zərər görsək də, kömək etməyə davam edirik", - deyə Verakrus ştatının daxili işlər naziri Erik Sisneros Burqos "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə helikopterin havaya qalxdıqdan sonra idarəetmənin itirilməsi nəticəsində yerə düşdüyü anbaan görünür.