Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 13:42
Prezidenin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Mehbalıyevanın (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı işindən azad edilməsi haqda məlumat yayılıb. Ə. Həsənov sözügedən xəbərə münasibət bildirib.
Sonxeber.net xəbər verir ki, Bakupost.az-a danışan Prezidenin sabiq köməkçisi bildirib ki, o, xaricdə təhsil almaq məqsədilə, öz ərizəsi əsasında işdən azad olunub:
"Mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının müdiri olarkən qızım Səfiyə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və Londonda təhsil alır. Sadəcə olaraq akademiyanın saytı yenilənməyib deyə, onun adı indi götürülüb. Saytda onun indi işdən çıxarılmasının göstərilməsi texniki xətadır".
Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.