Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidin mənzili təmir edildi - VİDEO

Şəhidin mənzili təmir edildi - VİDEO

Tarix: 28 Avqust 2021 13:32

Nəsimi rayonunda şəhid mayor Toğrul Bərxudarovun yaşadığı bina bərpa olunub.

Nəsimi rayonunda şəhid mayor Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadığı ünvanda abadlıq, quruculuq və təmir-bərpa işləri aparılıb.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadığı mənzil əsaslı təmir edilib, binanın giriş hissəsinə şəhidin berelyefi vurulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Sözügedən binada indi şəhidimizin ruhu dolaşır. Ona görə ki, bir zamanlar həmin binada ömür sürən şəhidlik zirvəsini qazanan əbədi yaşar mayorumuz yaşayıb.

Şəhid Toğrul Bərxudarov təkcə öz ailəsinin deyil, indi bütün Azərbaycanın qəhrəmanına çevrilib.

O şəhid ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinin ilk günlərindən cəbhədə canı-qanı ilə vuruşub. Tərtər rayonunda N saylı hərbi hissədə qərargah rəisi kimi xidmət edən Toğrul sentyabrın 30-u Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşub.

Şəhidimizdən geriyə onun iki yadigar övladı qalıb. Onlar da ataları ilə qürur duyduqlarını bildirdilər.

Qeyd edək ki, şəhid mayor Toğrul Bərxudarov müharibədə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Şəhidin mənzili təmir edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ